Şarl Mişel Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsini erkən tərk edəcək

Şarl Mişel Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsini erkən tərk edəcək Avropa Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir, o, iyulun ortalarında vəzifəsini tərk edə bilər.
Digər ölkələr
7 Yanvar , 2024 04:09
Şarl Mişel Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsini erkən tərk edəcək

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir, o, iyulun ortalarında vəzifəsini tərk edəcək.

“Report”un xəbərinə görə o, bu barədə şənbə günü bildirib.

"Avropa seçkilərində İslahat Hərəkatı Partiyasından çıxış edəcəyəm. Mən Avropa Parlamentinin üzvü kimi and içmək niyyətindəyəm", - “Sudinfo” portalı Mişeldən sitat gətirib.

Şarl Mişelin Avropa İttifaqı Şurasının rəhbəri kimi səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır, seçkilər iyulda keçiriləcək. Siyasətçinin qeyd edib ki, “iki vəzifə tutmaq mümkün deyil”. “Bu o deməkdir ki, mən iyulun 16-da Avropa Parlamentinin üzvü kimi and içənə qədər Avropa İttifaqı Şurasının rəhbəri kimi vəzifələrimi yerinə yetirəcəyəm”, - o fikirlərini izah edib. O vaxta qədər Avropa İttifaqı Şurası Şarl Mişelin yerinə kimin keçəcəyinə və onun nə vaxt vəzifəyə başlayacağına qərar verməlidir.

Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi