Şanxay aeroportunda uçuş zamanı təyyarənin təkərləri partlayıb

Digər ölkələr
  • 21 oktyabr, 2018
  • 13:46
Şanxay aeroportunda uçuş zamanı təyyarənin təkərləri partlayıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Gecə saatlarında Şanxayın Pudun beynəlxalq aeroportundan Kuala-Lumpura uçmalı olan "Malaysia Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin havaya qalan zaman təkərləri partlayıb.

“Report” xəbər verir ki, bu barədə Çinin "People's Daily, China" qəzeti yazıb.

Məlumata görə, bu səbəbdən təyyarənin uçuşu dayandırılıb. Sərnişinlər hava gəmisindən təxliyyə edilib.

Bundan əvvəl Myanmada iki qırıcı təyyarənin toqquşması nəticəsində 3 nəfər həlak olub. 

44 filmi