Sançes: İspaniya Ukrayna üçün 615 milyon avroluq yardım paketi hazırlayır
Digər ölkələr
- 18 noyabr, 2025
- 22:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya bir ay ərzində Ukraynaya 615 milyon avro məbləğində yardım paketi ayıracaq.
"Report" xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançes Madriddə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bəyan edib.
Sançes deyib ki, bu paket, ilk növbədə, 300 milyon avro dəyərində silahlanmanı əhatə edəcək.
Onun sözlərinə görə, bu məbləğin 100 milyon avrosu PURL proqramı üçün nəzərdə tutulub.
İspaniyanın Baş naziri əlavə edib ki, bu, Ukraynaya təcili yardım üçündür və ABŞ-dən silah alınmasına yönəldiləcək.
Son xəbərlər
04:43
ABŞ-nin "George H.W. Bush" təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə qayıdıb
Digər ölkələr
04:09
BMT-də Azərbaycanın Cənub-Cənub əməkdaşlığına verdiyi önəmdən bəhs olunub
Xarici siyasət
03:35
ABŞ-də məktəbdə atışma baş verib, xəsarət alanlar var
Digər ölkələr
03:18
Slovakiyada "Moxovtse" AES-nin yeni bloku enerji şəbəkəsinə qoşulub
Digər ölkələr
02:43
İraqda ilk dəfə Türkman Cəbhəsinin lideri nazir olub
Digər ölkələr
02:24
Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına giriblər
Digər ölkələr
01:51
Britaniya hərbi peyklərin idarə olunmasında ABŞ-dən asılılıqdan ehtiyat edir
Digər ölkələr
01:17
Foto
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turunun oyunları baş tutub
Futbol
01:14
Foto
UEFA Avropa Liqasında II turun oyunları keçirilib
Futbol