Şahzadə Filipin dəfn tarixi məlum oldu

Şahzadə Filipin dəfn tarixi məlum oldu İngiltərə kraliçası II Elizabetin həyat yoldaşı, dünən dünyasını dəyişən Edinburq Hersoqu, Şahzadə Filipin dəfn tarixi məlum oldu
Digər ölkələr
10 Aprel , 2021 20:09
Şahzadə Filipin dəfn tarixi məlum oldu
Şahzadə Filip

İngiltərə kraliçası II Elizabetin həyat yoldaşı, dünən dünyasını dəyişən Edinburq Hersoqu, Şahzadə Filipin dəfn tarixi məlum olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bukinhem sarayı məlumat yayıb.

Qeyd edilir ki, Şahzadə Filip aprelin 17-də dəfn ediləcək. Mərasim qapalı olacaq, ictimaiyyət nümayəndələri dəfnə buraxılmayacaq.

Xatırladaq ki, daha əvvəl “The Mirror” Filipin son istəyi kimi dəfninin təmtəraqla keçirmək istəməməsi barədə məlumat yayıb.

"Şahzadə Filip dövlət dəfn mərasimini dövlət səviyyəsində keçirməmək arzusunu ifadə edib, baxmayaraq ki, kraliçanın əri idi və o, bu hüquqa malik idi. Bunun əvəzinə Vindzordakı Müqəddəs Georgi kilsəsində xüsusi xidmətlə hərbi dəfn təşkil ediləcək”, - deyə “The Mirror” bildirib.

Son xəbərlər

Orphus sistemi