Yuxarı

Rusiyadan gələn TIR və konteynerlər Türkiyənin liman və gömrük-keçid məntəqələrində saxlanılacaq

Türkiyə Rusiyanın türk mallarına və yükdaşımalarına qarşı tətbiq etdiyi sanksiyalara qarşı tədbirlər görməyə başlayıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Türkiyə Rusiyanın türk mallarına və yükdaşımalarına qarşı tətbiq etdiyi sanksiyalara qarşı tədbirlər görməyə başlayıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Rusiyadan gələn TIR və konteynerlər liman və gömrük-keçid məntəqələrində saxlanılacaq.

Bundan başqa, mülki aviasiya sahəsində də ciddi tədbirlər görüləcək.

Türkiyənin müvafiq qurumlarının nazirləri Rusiyadakı həmkarları ilə əlaqə quraraq sanksiyaların səbəblərini öyrənməyə çalışıblar. Rusiya rəsmiləri isə Türkiyəyə qarşı heç bir sanksiyanın tətbiq olunmadığını, sadəcə baş verənlərə görə lazım olan addımların yerinə yetirildiyini bildiriblər.

Rusiyalı rəsmilər eyni zamanda gömrük-keçid məntəqələrində baş verən ləngimə və maneələri qəbul etməyib.

Türkiyə tərəfi isə Rusiya tərəfinin bu şəkildə davam edəcəyi təqdirdə, zəruri olan bütün addımları ata biləcəklərini bəyan edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi