Rusiyada landşaft yanğınları 150-dən çox tikilini məhv edib

Digər ölkələr
  • 23 avqust, 2017
  • 19:17
Rusiyada landşaft yanğınları 150-dən çox tikilini məhv edib
Foto: RİA Novosti

Bakı. 23 avqust. REPORT.AZ/ Rusiyanın Volqoqrad vilayətində landşaft yanğınları nəticəsində 151 tikili məhv olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Volqoqrad vilayəti üzrə Baş İdarəsinin rəisi Oleq Qrebenyuk bildirib.

Onun sözlərinə görə, günorta saatlarında sürəti saniyədə 25 metrə çatan güclü külək nəticəsində əməli olaraq bütün vilayət ərazisində landşaft yanğınları baş verib. İki yaşayış məntəqəsində əhali təxliyyə edilib.

Təbii fəlakət nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti