Rusiya yeni pandemiyanın yayılması ehtimalı ilə bağlı ABŞ-ı ittiham edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov danışıb.
O bildirib ki, ABŞ virusları mutasiya edərək yeni pandemiya hazırlayır: “ABŞ-da mövcud olan eksperimental baza biosilah komponentləri ilə işləməyə imkan verir. Pentaqonun indi maraqlandığı bəzi xəstəliklər gələcəkdə pandemiyaya çevrilə bilər”.
General qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Ukraynadakı hərbi bioloji fəaliyyəti çərçivəsində Ukrayna Elmi-Texniki Mərkəzinin işi ilə əlaqəli şəxslərin siyahısını genişləndirib.
İ.Kirillovun sözlərinə görə, koronavirusun yeni mutasiyalarını axtarmaq üçün ABŞ 2,5 mindən çox yarasa üzərində eksperiment aparır.