Rusiya və Türkmənistanın dövlət başçıları strateji tərəfdaşlıq sazişi imzalayıb

Rusiya və Türkmənistanın dövlət başçıları strateji tərəfdaşlıq sazişi imzalayıb İki ölkə lideri arasında keçirilən danışıqların yekununda 14 sənəd imzalanıb
Digər ölkələr
2 Oktyabr , 2017 18:02
Rusiya və Türkmənistanın dövlət başçıları strateji tərəfdaşlıq sazişi imzalayıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Rusiya və Türkmənistan prezidentləri Vladimir Putin ilə Qurbanqulu Berdiməhəmmədov iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, iki ölkə lideri arasında keçirilən danışıqların yekununda 14 birgə sənəd imzalanıb.

İmzalanmış sənədlər aqrar sənaye kompleksi, sənaye sahələri üzrə əməkdaşlıq, qarşılıqlı şəkildə miqrasiya sahəsində səlahiyyətli orqanların yaradılması, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə, həmçinin idman, turizm, səhiyyə sahəsində əməkdaşlıqla bağlı olub.

Rusiya və Türkmənistan prezidentləri arasında aparılan danışıqlardan sonra iki dövlət başçısının birgə bəyanatı imzalanıb.

Son xəbərlər

Orphus sistemi