Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək

Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək Rusiya hərbçiləri Çinin təşkil etdiyi “Şimal. Qarşılıqlı əlaqələr-2023” təlimlərində iştirak etməyi planlaşdırır.
Digər ölkələr
9 İyun , 2023 15:12
Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək

Rusiya hərbçiləri Çinin təşkil etdiyi “Şimal. Qarşılıqlı əlaqələr-2023” təlimlərində iştirak etməyi planlaşdırır.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Çin Xalq Respublikası (ÇXR) Mərkəzi Hərbi Şurasının üzvü, ÇXR Mərkəzi Hərbi Şurasının Birləşmiş Qərargah rəisi, general-polkovnik Lyu Cenli ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Valeri Gerasimov arasında telefon danışığı olub.

“Tərəflər dövlət başçılarının əldə etdiyi konsensusun həyata keçirilməsi və iki ölkənin hərbçiləri arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar”, - Çin Müdafiə Nazirliyindən bildirilib.

Bundan əlavə, Moskva və Pekin “Şimal. Qarşılıqlı əlaqələr-2023” hərbi təlimlərinin birgə keçirilməsi barədə razılığa gəliblər, Rusiya tərəfi iştirakını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi