Rusiya ukraynalı hərbçilərin meyitlərinin repatriasiyası və əsir mübadiləsi üzrə humanitar aksiyasının başladığını elan edib

Digər ölkələr
  • 07 iyun, 2025
  • 17:19
Rusiya ukraynalı hərbçilərin meyitlərinin repatriasiyası və əsir mübadiləsi üzrə humanitar aksiyasının başladığını elan edib

Rusiya 6 mindən çox ukraynalı hərbçinin meyitinin repatriasiyası və əsirlərin mübadiləsi üzrə genişmiqyaslı humanitar aksiyaya başlayıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın danışıqlar qrupunun nümayəndəsi general-leytenant Aleksandr Zorin məlumat verib.

Onun sözlərinə görə, hazırda repatriasiya ediləcək hərbçilərin meyitlərinin ilk partiyası ilə kolonna mübadilə rayonuna çatıb.

"Kolonnada 1 212 meyit var. Yaxın vaxtlarda daha üç eşelon göndərilməyə hazırlanır, hər birində 1 200 meyit var. Bir avtomobil eşelonu da var ki, onda da 1 200 meyit olacaq. Ümumi say 6 000-dən çoxdur", - o bildirib.