Rusiya Suriyada İŞİD-in obyektlərini bombalayıb
Digər ölkələr
- 01 dekabr, 2017
- 22:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 dekabr. REPORT.AZ/ Rusiyanın altı uzaq bombardımançı təyyarəsi Suriyanın Deyr-əz-Zor əyalətində İŞİD terror təşkilatı yaraqlılarının obyektlərinə qrup şəklində zərbə endiriblər.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya ərazisindəki aerodromdan havaya qalxan təyyarələr terrorçuların dayaq məntəqələri və texnikasını məhv ediblər. Təyin olunan bütün hədəflər məhv edilib və bu, xüsusi texniki vasitələrin köməkliyi ilə həyata keçirilən obyektiv nəzarət vasitələri vasitəsi ilə öz təsdiqini tapıb", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bombardımançıların qorunmasını Xmeymim aerodromunda yerləşən "Su-30CM" qırıcıları təmin edib.
Son xəbərlər
09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.11.2026)
Maliyyə
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.11.2026)
Maliyyə
09:01
UEFA Çempionlar Liqası: "Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək
Futbol
08:59
Altay diyarında yaşayış binasında baş verən partlayışda bir nəfər ölüb, 14 nəfər xəsarət alıb - Yenilənib
Region
08:52
Avstraliyada aşağı siniflərdə planşetlər qadağan ediləcək
Digər ölkələr
08:37
Kaliforniyada helikopter qəzasında iki nəfər həlak olub
Digər ölkələr
08:12
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
07:41
ADB Azərbaycanda Xəzərin suyunun duzsuzlaşdırılması üzrə ilk zavodun tikintisinə 140 milyon dollar ayırıb
Maliyyə
07:19
Ohayo ştatında avtobusların toqquşması nəticəsində iki nəfər ölüb, yaralananlar var
Maliyyə