Rusiya səfiri PUA-larla bağlı insidentlərə görə Moldova XİN-ə çağırılıb
Digər ölkələr
- 01 oktyabr, 2026
- 13:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya səfiri Oleq Ozerov Moldovanın hava məkanının PUA tərəfindən pozulmasına görə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Report" xəbər verir ki, bu barədə Moldova mediası XİN-in bəyanatına istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Moldova XİN sentyabrın 30-da üç pilotsuz uçuş aparatı tərəfindən ölkənin hava məkanının pozulmasını pisləyib.
XİN-dən bildirilib ki, bu PUA-lardan ikisi Moldova ərazisinə düşərək partlayıb, ən ciddi insident Orhey rayonunun Braneşti kəndi yaxınlığında baş verib. Burada reaktiv mühərriklə təchiz edilmiş "Geran" tipli pilotsuz uçuş aparatı ağaclara çırpılıb və yolun tam yaxınlığında partlayıb.
Son xəbərlər
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr
21:16
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət
21:12
Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib
Digər ölkələr
20:59
Foto
Fərid Qayıbov Şuşada vətəndaşları qəbul edib
Daxili siyasət
20:49
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
Digər ölkələr
20:46
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Futbol
20:37
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Digər ölkələr
20:27
Video
Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb
Daxili siyasət