Rumıniyanın müdafiə naziri: Heç vaxt almadığımız təhlükəsizlik zəmanətinə malikik

Rumıniyanın müdafiə naziri: Heç vaxt almadığımız təhlükəsizlik zəmanətinə malikik “Rumıniyada müharibə olmayacaq, çünki ölkə əvvəllər heç vaxt almadığı təhlükəsizlik zəmanətinə malikdir”.
Digər ölkələr
3 yanvar 2024 21:37
Rumıniyanın müdafiə naziri: Heç vaxt almadığımız təhlükəsizlik zəmanətinə malikik

“Rumıniyada müharibə olmayacaq, çünki ölkə əvvəllər heç vaxt almadığı təhlükəsizlik zəmanətinə malikdir”.

“Report” “Digi24” portalına istinadən xəbər verir ki, bu açıqlama ilə ölkənin müdafiə naziri Andgel Tilvar çıxış edib.

"Digər tərəfdən hesab edirəm ki, biz həm siyasi, həm də hərbi baxımdan bunun qarşısını almaq üçün düzgün iş görürük.

Bunu siyasi nöqteyi-nəzərdən deməyim də təsadüfi deyil, çünki Rumıniya siyasi sabitlik və proqnozlaşdırıla bilənlik kimi mühüm atributlara malik olmaqla müttəfiqlərimiz arasında bir tərəfdən kollektiv müdafiəyə öz töhfəmizi verməyə, digər tərəfdən isə vətəndaşların təhlükəsizliyinə və Rumıniyanın təhlükəsizliyinə dəstək və diqqət almağa imkan verəcək inam səviyyəsini yaradıb”, - nazir deyib.

O qeyd edib ki, 2023-cü il təhlükəsizlik baxımından “çətin” il olub və 2024-cü il yeni “çağırışlar” gətirəcək.

Son xəbərlər

Orphus sistemi