Rumıniyada NATO-nun hərbi-dəniz təlimləri başlayıb
Digər ölkələr
- 08 aprel, 2024
- 11:32
Rumıniyada NATO-nun hərbi-dəniz təlimləri “Sea Shield 24” (“Sea Shield - 2024”) başlayıb.
“Report” xəbər verir ki, bu barədə “Radio Romania” məlumat yayıb.
Bu təlimlərdə Rumıniya ilə yanaşı, 12 NATO ölkəsi - Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Türkiyə və Fransa iştirak edir. Rumıniya Hərbi Dəniz Qüvvələrinin keçirdiyi manevrlərə 2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika və s. cəlb olunub.
Təlim aprelin 21-də başa çatacaq.
Xatırladaq ki, “Sea Shield” çoxmillətli təlimləri ilk dəfə 2015-ci ildə keçirilib, təlimlərin ssenarisi regional təhlükəsizlik və sabitlik ilə bağlı bütün təhdidlərə operativ və effektiv cavab vermək üçün davamlı olaraq yenilənir.
Son xəbərlər
08:40
ABŞ hərbçiləri Ekvador narkokartelinin gəmisini ələ keçirib və batırıblar
Digər ölkələr08:32
NASA: "Starship" kosmik sisteminin sınaq buraxılışları hər həftə həyata keçirilə bilər
Digər ölkələr08:24
CENTCOM: ABŞ İranın blokadası çərçivəsində 82 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr08:08
ABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv edib
Digər ölkələr07:56
Britaniyada xristian festivalında lövhənin düşməsi nəticəsində bir nəfər ölüb
Digər ölkələr07:45
Tərtərdə kişi su kanalında boğulub
Hadisə07:28
Adana vilayətində axtarışda olan 35 şübhəli saxlanılıb
Region07:14
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir
Region06:57