Rumıniyada hökumət tərəfdarları prezidentin istefasını tələb edirlər

Digər ölkələr
  • 07 fevral, 2017
  • 21:46
Rumıniyada hökumət tərəfdarları prezidentin istefasını tələb edirlər

Buxarest. 8 fevral. REPORT.AZ/ Rumıniyanın paytaxtı Buxarest şəhərində hökumət tərəfdarları prezident Klaus İohannisin istefasını tələb edirlər.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, artıq 3-cü gündür ki, etirazçılar prezident iqamətgahı – Kotroçen Sarayı qarşısında etiraz aksiyası keçirirlər. 

Mitinqə toplaşan 2500-dən çox etirazçı dövlət başçısını istefaya çağıran, hökuməti isə dəstəkləyən şüarlar səsləndirirlər. Onlar prezident K.İohannisi xalqı iki hissəyə bölməkdə günahlandırılar.

Bununla yanaşı, etirazçılar prezidentdən yanvarın 22-də Universitet meydanından hökumət əleyhinə keçirilən marşda mitinqçilərlə görüşdüyü kimi onlarla da görüşməsini tələb edirlər.

Aksiya iştirakçıları 11 dekabr 2016-cı ildə keçirilmiş parlament seçkilərinə hörmətlə yanaşacaqlarını, həmçinin qanuni hökumətə sona qədər dəstək verəcəklərini bildirirlər.