Rubio və Barro Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edib
Digər ölkələr
- 02 sentyabr, 2025
- 23:57
ABŞ Dövlət katibi Marko Rubio və Fransanın xarici işlər naziri Jan-Noel Barro arasında telefon danışığı baş tutub.
"Report" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott məlumat verib.
Onun sözlərinə görə, iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri telefon danışığında Rusiya və Ukrayna arasında uzunmüddətli sülhün təmin edilməsi üçün tədbirlər görülməklə, münaqişənin danışıqlar yolu ilə həllinə yönəlmiş diplomatik səylər sahəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.
Qeyd olunub ki, Rubio Fransa Prezidenti Emmanuel Makronun sentyabrda BMT Baş Assambleyasının sessiyasında rəsmi Parisin Fələstini tanıyacağı ilə bağlı bəyanatına qəti etirazını ifadə edib.
Son xəbərlər
17:01
Pensiyalar indeksləşdirilərək 9,3 faiz artırılır - RƏSMİ
Sosial müdafiə17:00
Dövlət qulluğuna qəbulla bağlı test imtahanı proqramlarına dəyişiklik edilib
Digər16:58
Azərbaycan və Sloveniyanın maliyyə nazirlikləri Anlaşma Memorandumu imzalaya bilər
Maliyyə16:57
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İrəvandadır
Region16:57
Azərbaycan Türkiyədən maşın hissələri və komponentləri idxalına çəkdiyi xərci 16 %-dən çox azaldıb
Biznes16:56
Azərbaycan WB və IMF-in İllik Toplantılarına ev sahibliyi etməklə bağlı növbəti mərhələyə keçib
Maliyyə16:52
Azərbaycanla Latviya arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq sazişi təsdiqlənib
Sağlamlıq16:51
"Barselona"nın prezidenti vəzifəsindən istefa verib
Futbol16:51