ABŞ dövlət katibi: Ukrayna nizamlanmasında Aİ də iştirak etməlidir
Digər ölkələr
- 18 fevral, 2025
- 13:44
Ukraynada yaşanan münaqişəyə cəlb olunmuş bütün tərəflər, o cümlədən Avropa İttifaqı (Aİ) nizamlanmada iştirak etməlidir.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ dövlət katibi Marko Rubionun sözlərinə istinadən məlumat yayıb.
"Münaqişəyə cəlb olunan hər kəs danışıqlarda iştirak etməlidir. Müəyyən məqamda Aİ də danışıqlar masasında olmalıdır", - o, ABŞ və Rusiya nümayəndələrinin Səudiyyə Ərəbistanındakı görüşündən sonra bildirib.
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Aİ-nin danışıqlarda iştirakının istisna təşkil etdiyini bildirmiş, bununla belə, Brüsselin Kiyevə hərbi və digər yardımı dayandırmaqla münaqişənin nizamlanmasında rol oynaya biləcəyini qeyd etmişdi.
Son xəbərlər
02:43
Konqoda mədənin çökməsi nəticəsində 200-dən çox insan həlak olub
Digər ölkələr02:34
NYT: İranın tamamlanmamış iki nüvə obyektində hərəkətlilik qeydə alınıb
Region02:13
Braziliyada bir uşaq köpəkbalığı hücumu nəticəsində ölüb
Digər ölkələr01:51
Türkiyədə sel fəlakəti nəticəsində onlarla ev və avtomobil sular altında qalıb
Region01:24
KİV: İraqda prezident seçkiləri fevralın 1-də keçiriləcək
Digər ölkələr00:45
Video
Qərbi Azərbaycan Xronikası: Arınc İncə türk tayfasına mənsub olan ərlər yurdudur
Daxili siyasət00:19
"Mançester Siti"nin futbolçusu Diaşın evi qarət edilib
Hadisə00:01
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
Daxili siyasət23:56