Roma Papası Fransisk ABŞ-ın dövlət katibi Mayk Pompeonu Vatikanda qəbul etməkdən imtina edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Vatikanın diplomatik xidmətinin başçısı arxiyepiskop Pol Riçard Qallaxer də təsdiqləyib.
Bildirilib ki, Mayk Pompeonun Avropa ölkələrinə səfəri başlayıb. Səfər çərçivəsində ABŞ-ın Vatikandakı səfirliyi sentyabrın 30-da “Dini azadlığın müdafiəsinin problemləri” mövzusunda simpozium təşkil edib.
Qallaxer jurnalistlər bildirib ki, ABŞ-da prezident seçkisi qabağı kampaniya çərçivəsində keçirildiyindən Papa Fransisk bu tədbirə qatılmayıb. Onun sözlərinə görə, Papanın iştirakı təbliğat kampaniyasına cəlb kimi dəyərləndirilə bilər.
Qallaxer tədbirlə bağlı iradlarını da bildirib: “Mən simpoziumda cəmi 2 dəqiqə çıxış etdim. Bu, düzgün deyil”.
Qeyd edək ki, Mayk Pompeo oktyabrın 1-də Vatikanı ziyarət edəcək. Orada Qallaxerlə də görüşəcək.