Rafael Qrossi 2027-ci ilə qədər AEBA-nın Baş direktoru vəzifəsində qalacaq
Digər ölkələr
- 25 sentyabr, 2023
- 12:39
Beynəlxalq Atom Enerjisi Agentliyinin (AEBA) hazırkı Baş direktoru Rafael Qrossi vəzifəsini 2027-ci il dekabrın 2-dək davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə Rafael Qrossinin özü mətbuat konfransı zamanı məlumat verib.
Onun namizədliyi təşkilatın 67-ci Baş Konfransının nümayəndələri tərəfindən təsdiqlənib.
R.Qrossi andiçmə mərasimindən sonra qeyd edib ki, son illər qlobal təhlükəsizlik ciddi problemlərlə, məsələn, koronavirus pandemiyası ilə üzləşib.
Onun sözlərinə görə, ilk dəfə olaraq nüvə proqramının təhlükəsizliyi və etibarlılığı ciddi təhlükə altında olub: "Bundan əlavə, dünya iqlim dəyişikliyindən, yoxsulluq, aclıq və ərzaq qıtlığından əziyyət çəkir".
O, 2019-cu il dekabrın 2-də AEBA-nın altıncı Baş direktoru kimi and içib.
Son xəbərlər
08:37
Tramp Baydenin rəhbərliyi dövründə FES-də təyinatların qanuniliyini yoxlamağı tapşırıb
Digər ölkələr08:14
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:03
ABŞ Prezidenti Avropanın miqrasiya və enerji siyasətini tənqid edib
Digər ölkələr07:38
Seul KXDR-in təlimlərdə yaylım atəşli reaktiv sistemlərdən 10 mərmi atdığını açıqlayıb
Digər ölkələr07:23
Tramp: ABŞ neftin qiymətini kəskin şəkildə aşağı salmağa çalışmır
Digər ölkələr06:50
KİV: Çində yaşayış binasında yanğın nəticəsində səkkiz nəfər ölüb
Digər ölkələr06:11
BMT Konqo Demokratik Respublikasındakı qaçqınların sayını açıqlayıb
Digər ölkələr05:43
ABŞ-nin qırıcı təyyarələri Venesuela hava məkanı yaxınlığında uçuşlar keçirib
Digər ölkələr05:04