Qvatemalada sürüşmə nəticəsində ölənlərin sayı 260-ı keçib

Digər ölkələr
  • 10 oktyabr, 2015
  • 23:34
Qvatemalada sürüşmə nəticəsində ölənlərin sayı 260-ı keçib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Qvatemalada sürüşmə nəticəsində ölənlərin sayı 264 nəfərə çatıb. "Report" RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə xilasedicilər bildiriblər.

40-a yaxın insanın aqibəti naməlum olaraq qalmaqdadır.

Oktyabrın 1-də baş verən təbii fəlakət nəticəsində 125 evin çoxmetrlik torpaq və daş qatları altında qaldığı Kambray-2 qəsəbəsində dağıntıların təmizlənməsi davam etdirilir.