Qorbaçov Putinin NATO ilə bağlı tənqidinə reaksiya verib

Qorbaçov Putinin NATO ilə bağlı tənqidinə reaksiya verib "NATO mən artıq dövlət başçısı olmayanda genişlənməyə başladı"
Digər ölkələr
13 İyun , 2017 21:53
Qorbaçov Putinin NATO ilə bağlı tənqidinə reaksiya verib

Bakı. 13 iyun. REPORT.AZ/ SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov Vladimir Putinin onun NATO-nun Şərqə doğru genişlənməsindən narahat olmamasına dair məzəmmətini ədalətsiz hesab edib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, Qorbaçovun sözlərinə görə, Şimali Atlantika Alyansı genişlənməyə başlayanda, o artıq dövlət başçısı deyildi.

"Qorbaçovun "səhvləri"nə gəldikdə isə, həmin şəraitdə belə məsələni müzakirə etmək heç hüquqi cəhətdən mümkün deyildi. 1991-ci ilin iyul ayına qədər iki hərbi-siyasi blok mövcud idi - NATO və Varşava Müqaviləsi Təşkilatı (VMT). VMT ölkələri bu məsələni qaldırmadılar", - deyə keçmiş prezident bildirib və NATO-nun genişlənməsi prosesinin 2000-ci ildə fəallaşmağa başladığını əlavə edib.

Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində Qorbaçovu tənqid edib.

Son xəbərlər

Orphus sistemi