​Myanmada qiyamçılarla silahlı qarşıdurmada 50-yə yaxın hərbçi ölüb

Digər ölkələr
  • 13 fevral, 2015
  • 05:49
​Myanmada qiyamçılarla silahlı qarşıdurmada 50-yə yaxın hərbçi ölüb

Bakı. 13 fevral. REPORT.AZ/ Myanma (Birma) ordusu qiyamçılarla silahlı qarşıdurma nəticəsində 47-yə yaxın həbçisini itirib.

"Report" "BBC"yə istinadən xəbər verir ki, 3 gün ərzində baş verən döyüş zamanı təxminən 70 hərbçi yaralanıb.

Münaqişə ölkənin Kokanq rayonunda olub. Xəbərdə bildirilib ki, bu atışma son 2 ilin ən qızğın döyüşü sayılır. Qiyamçıların itkisi haqda məlumat verilməyib.

Xatırladaq ki, kokan xalqı on illərdir daha çox muxtariyyət əldə etmək üçün Myanma hakimiyyətinə qarşı silahlı mübarizə aparır.

44 filmi