Yuxarı
    Bağlamaq

    Qırğızıstanda latın əlifbasına keçid təklif olunub

    Qırğızıstan parlamentinin Ata meken fraksiyasından olan deputatı Kanıbek İmanəliyev latın əlifbasına keçmək təklifi ilə çıxış edib

    Bakı. 14 aprel. REPORT.AZ/ Qırğızıstan parlamentinin "Ata meken" fraksiyasından olan deputatı Kanıbek İmanəliyev latın əlifbasına keçmək təklifi ilə çıxış edib.

    Bu barədə "Report" "Veçerniy Bişkek"ə istinadən xəbər verir.

    "Onsuz da 2030-2040-cı illərdə latin əlifbasına keçəcəyik. Bu, zamanın və texnologiyanın inkişafının tələbidir", - K.İmanəliyev bildirib.

    Onun sözlərinə görə, hazırkı mərhələdə ölkənin latın əlifbasına keçmək imkanı yoxdur, bu, yalnız 15-20 il sonra baş verə bilər.

    Xatırladaq ki, Qazaxıstan bu yaxınlarda gələn ildən latın əlifbasına keçəcəklərini bəyan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi