Qırğız və tacik liderləri sərhəddəki vəziyyəti müzakirə ediblər

Qırğız və tacik liderləri sərhəddəki vəziyyəti müzakirə ediblər Mayın 1-də tərəflər arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar baş tutacaq
Digər ölkələr
30 Aprel , 2021 17:25
Qırğız və tacik liderləri sərhəddəki vəziyyəti müzakirə ediblər

Qırğız Respublikasının prezidenti Sadır Japarovla Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon arasında bu gün telefon danışığı baş tutub.

"Report" Qırğız Respublikası prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, söhbət zamanı ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə əsaslanan mehriban qonşuluq ruhunda konstruktiv dialoq baş tutub.

Dövlət başçıları Qırğız Respublikası-Tacikistan sərhədindəki vəziyyətin tez bir müddətdə de-eskalasiyası ilə bağlı tədbirləri də müzakirə ediblər. Onlar mövcud vəziyyəti yalnız sülh yolu ilə həll etmək və mayın ikinci yarısında Düşənbədə görüş keçirmək barədə razılığa gəliblər.

Mayın 1-də tərəflər arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar baş tutacaq.

Sərhəddə vəziyyət aprelin 29-da gərginləşib. Qırğız Respublikası və Tacikistan hərbçiləri arasında 6 saatdan çox toqquşmalar baş verib.

Qırğız və tacik xarici işlər nazirlikləri danışıqlardan sonra atəşkəs və hərbçilərin geri çəkilməsinə dair razılığa gəliblər. Ancaq bu gün sərhəddə atışmanın yenidən başladığı bildirilib.

Son xəbərlər

Orphus sistemi