Qebreyesus: ÜST Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir

Qebreyesus: ÜST Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir.
Digər ölkələr
9 Dekabr , 2024 03:41
Qebreyesus: ÜST Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində bildirib.

O vurğulayıb ki, Suriyada ÜST qrupları tibbi xidmətlərin davamlılığını təmin etmək üçün işləyirlər.

"Biz tibbi xidmətlərə ehtiyacı olan Suriya əhalisinə dəstək olmağa sadiqik. Donorları təcili şəkildə ÜST və onun tərəfdaşlarına dəstək olmağa çağırırıq", - Qebreyesus qeyd edib.

Son xəbərlər

Orphus sistemi