Qara dənizdə təhlükəsizlik üzrə beynəlxalq konfrans keçiriləcək

Qara dənizdə təhlükəsizlik üzrə beynəlxalq konfrans keçiriləcək Aprelin 13-də Buxarestdə Rumıniya və Ukraynanın təşkilatçılığı ilə Qara dənizdə təhlükəsizlik üzrə beynəlxalq konfrans keçiriləcək.
Digər ölkələr
31 Mart , 2023 23:52
Qara dənizdə təhlükəsizlik üzrə beynəlxalq konfrans keçiriləcək

Aprelin 13-də Buxarestdə Rumıniya və Ukraynanın təşkilatçılığı ilə Qara dənizdə təhlükəsizlik üzrə beynəlxalq konfrans keçiriləcək.

“Report”un məlumata görə, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku “Buxarest doqquzluğu”nun xarici işlər nazirlərinin Lodz şəhərində keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

“Fürsətdən istifadə edərək həmkarlarımı, nazirləri aprelin 13-də Buxarestdə keçiriləcək Qara dənizdə təhlükəsizlik üzrə konfransa dəvət edirəm. Konfrans Rumıniya və Ukrayna tərəfindən xarici işlər və müdafiə nazirləri səviyyəsində birgə təşkil olunur və Krım Beynəlxalq Platformasının himayəsi altında Qara dənizdə təhlükəsizlik üzrə ilk yüksək səviyyəli konfrans olacaq”-deyə, o bildirib.

Onun sözlərinə görə, konfransda Qara dənizdə gələcək təhlükəsizlik mühiti ilə bağlı Ukraynadakı müharibənin nəticələri müzakirə olunacaq.

Qeyd edək ki, “Buxarest doqquzluğu” dövlətləri - Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Çexiya və Estoniyadır.

Son xəbərlər

Orphus sistemi