Yuxarı

Qanada daşqınlar nəticəsində ən azı 10 nəfər ölüb

Ölənlərdən 8 nəfəri uşaqdır

Bakı. 15 iyun. REPORT.AZ/ Qanada daşqınlarla bağlı bədbəxt hadisələr zamanı ən azı 8 uşaq və iki böyük həyatını itirib.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Nəticələri ilə Mübarizə üzrə Milli Təşkilatın (NADMO) regional əlaqələndiricisi Sendi Amarti məlumat verib.

"Ölkənin paytaxtı Akkra ərazisində və mərkəzi regionda su basma ilə nəticələnən leysan yağışlar dörd gündür ki, davam edir. Ümumilikdə bu müddət ərzində 10-12 nəfər adam ölüb", — deyə agentlik NADMO əlaqələndiricisinin sözlərini sitat gətirib.

Onun sözlərinə görə, üç nəfər yaşayış evinin divarının onların üzərinə aşması nəticəsində ölüb. Doqquz yaşlı uşaq cərəyan vurduqdan sonra sağ qalmayıb. Daha 6 uşaq suda batıb.

"Biz insanlardan düzən olan yerləri tərk etməyi xahiş edirik. Biz onlardan suyun toplandığı ərazilərdən təmizlənməsi və işimizi yerinə yetirməmiz üçün getmələrini xahiş edirik", — deyə Amarti bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi