Fransanın paytaxtı Paris şəhərində Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tutan görüş yekunlaşıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ölkə rəhbərlərinin görüşü bir saat 20 dəqiqə davam edib.
Rusiya Prezidenti Vladimir Putin "Norman Sammiti"nin nəticələrindən məmnun qaldığını bildirib.
23:18***09.12.2019
Fransanın paytaxtı Paris şəhərində “Norman Dördlüyü” (Rusiya, Fransa, Almaniya, Ukrayna) liderlərinin görüşü başa çatdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş başlayıb.
“Report” xəbər verir ki, buna qədər Putin və Zelenski heç vaxt görüşməyib, yalnız bir neçə dəfə telefonla danışıblar.
Protokola əsasən görüş təxminən 45 dəqiqə davam etməlidir. Lakin, Rusiya Federasiyası prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqlar vaxtla məhdudlaşmır.
Onun fikrincə, əsas məsələ iclasda Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə etməkdir.
Görüşdə iki ölkə arasında qaz məsələsinin müzakirə ediləcəyi barədə məlumat verilməyib.