Vladimir Putin: "ABŞ və NATO-dakı müttəfiqləri Əfqanıstandan qaçdı"

Vladimir Putin: "ABŞ və NATO-dakı müttəfiqləri Əfqanıstandan qaçdı" “Əfqanıstandakı vəziyyətlə əlaqədar ciddi riskləri nəzərə alaraq təşkilatımızın qarşısında ortaq və razılaşdırılmış bir xətti həyata keçirmək vəzifəsi durur”.
Digər ölkələr
17 Sentyabr , 2021 12:27
Vladimir Putin: ABŞ və NATO-dakı müttəfiqləri Əfqanıstandan qaçdı
Vladimir Putin

“ABŞ və onun NATO-dakı müttəfiqləri Əfqanıstandan qoşunları tələsik çıxardıqdan,- buna qaçandan da demək olar,- sonra ölkədə vəziyyət kəskinləşib”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının zirvə toplatınsdakı video çıxışında Əfqanıstandakı vəziyyəti şərh edərkən bildirib.

“Əfqanıstandakı vəziyyətlə əlaqədar ciddi riskləri nəzərə alaraq təşkilatımızın qarşısında ortaq və razılaşdırılmış bir xətti həyata keçirmək vəzifəsi durur”, - o deyib.

Qeyd edək ki, sentyabrın 14-də V.Putin Pakistanın Baş naziri İmran Xanla Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Xatırladaq ki, ətrafı koronavirusa yoluxduğu üçün Vladimir Putin özünütəcrid rejiminə keçib. Bu səbəbə görə Düşnbədəki toplatıya videoformat rejimində qatılır.

Son xəbərlər

Orphus sistemi