Polşada yaşayış evində baş vermiş partlayışda ölənlərin sayı 6-a çatıb - YENİLƏNİB
- 08 aprel, 2017
- 20:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 aprel. REPORT.AZ/ Polşanın Svebodzin şəhərindəki yaşayış evlərindən birində baş vermiş partlayışda ölənlərin sayı 6 nəfərə çatıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Xilasetmə İşləri üzrə Koordinasiya Mərkəzindən bildirilib.
Xəbərdə qeyd olunur ki, daha 3 nəfərin cəsədi dağıntılar altından çıxarılıb. Həlak olanların 2-i azyaşlıdır. Hadisə zamanı həmçinin 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Hazırda xilasetmə işləri davam etdirilir. Partlayışın baş verdiyi əraziyə xeyli sayda xilasedici, axtarış itləri, kinoloqlar cəlb olunub. Habelə yaralıların daşınması üçün helikopterlər ayrılıb.
Xilasedicilər müəyyən vaxtlarda dağıntıların altında qalanların səsini eşitmək üçün sükut dəqiqəsi elan edirlər.
***18:25
Polşanın Svebodzin şəhərindəki yaşayış evlərindən birində partlayış baş verib.
"Report"un məlumatına görə, bu barədə Polşa radiosu ölkənin Dövlət Yanğınsöndürmə Xidmətinin mətbuat katibi Daniel Muxaya istinadən xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə zamanı 3 nəfər ölüb, daha 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, hadisə qaz balonunun partlaması nəticəsində baş verib. Hadisə zamanı evdə 15 nəfər olub.
Ölənlərdən ikisinin azyaşlı olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb.
Ərazidə axtarış-xilasetmə qrupu və 5 tibbi helikopter çalışır.