Polşa və Estoniya liderləri Türkiyəyə dəstək ifadə ediblər
Polşa və Estoniya liderləri Türkiyəyə dəstək ifadə ediblərPolşa Prezidenti Anjey Duda Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərlə əlaqədar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Polşa Prezidenti Anjey Duda Kahramanmaraşda baş verən 7,7 və 7,6 maqnitudalı zəlzələlərlə əlaqədar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
"Report" xəbər verir ki, bu barədə Duda tviterdə paylaşım edib.
Polşa dövlət başçısı Türkiyəyə dəstək verməyə hazır olduqlarını vurğulayıb. Varşava artıq Türkiyəyə dəstək üçün 76 mütəxəssis yanğınsöndürən və 8 axtarış-xilasetmə iti göndərib.
Estoniyanın Baş naziri Kaya Kallas da ölkəsinin axtarış-xilasetmə və tibbi qruplarının Türkiyəyə kömək üçün hazır olduqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, güclü zəlzələ nəticəsində ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb. Təbii fəlakət nəticəsində 3 471 bina dağılıb.
Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib.
W związku z tragedią, jaka uderzyła dziś w Turcję, wysłałem depeszę kondolencyjną na ręce Prezydenta R.T. Erdoğana. Nasi tureccy Sojusznicy otrzymują od nas pomoc ekspercką (grupa ratownicza PSP) oraz zapewnienie o solidarności i gotowości do innego potrzebnego wsparcia.