Polşa K9 haubitsası üçün 2 milyard dollara 250 müşayiət maşını alacaq

Polşa K9 haubitsası üçün 2 milyard dollara 250 müşayiət maşını alacaq Polşa Müdafiə Nazirliyinin Silahlanma Agentliyi “Huta Stalowa Wola” və “Rosomak” şirkətləri ilə Cənubi Koreya istehsalı olan K9 özüyeriyən artilleriya qurğuları (SAU) üçün 250-dən çox müşayiət maşınının alınması üçün müqavilə imzalayıb.
Digər ölkələr
24 Dekabr , 2024 04:14
Polşa K9 haubitsası üçün 2 milyard dollara 250 müşayiət maşını alacaq

Polşa Müdafiə Nazirliyinin Silahlanma Agentliyi “Huta Stalowa Wola” və “Rosomak” şirkətləri ilə Cənubi Koreya istehsalı olan K9 özüyeriyən artilleriya qurğuları (SAU) üçün 250-dən çox müşayiət maşınının alınması üçün müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Polşa müdafiə qurumunun sosial şəbəkə hesabında bildirilib.

“Polşa Silah Qrupu, “Huta Stalowa Wola”, “Rosomak” K9 özüyeriyən haubitsa Polşa Ordusunu K9 özüyeriyən haubitsalarını müşayiət edən bir neçə yüz maşınla təmin edəcək. 250-dən çox maşın üçün sifarişin dəyəri 8 milyard zlotı (2 milyard dollar) təşkil edəcək”, – Müdafiə Nazirliyi qeyd edib.

Xatırladaq ki, 2022-ci ildə Polşanın əvvəlki hökuməti Cənubi Koreya ilə 688 K9 haubitsa tədarükü barədə müqavilə imzalamışdı.

Son xəbərlər

Orphus sistemi