​PKK-nın Suriyadakı qolunun həmsərdi Moskvaya gedib

​PKK-nın Suriyadakı qolunun həmsərdi Moskvaya gedib Görüşdə İŞİD-ə qarşı birgə mübarizə məsələsi də müzakirə edilib
Digər ölkələr
13 Avqust , 2015 13:14
​PKK-nın Suriyadakı qolunun həmsərdi Moskvaya gedib

Bakı. 13 avqust. REPORT.AZ/ Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov terrorçu PKK-nın Suriya qolu sayılan PYD-nin (Demokratik Birlik Partiyası) həmsədri Salih Müslümü Moskvada qəbul edib.

"Report" xəbər verir ki, bu haqda Rusiyanın Xairici İşlər Nazriliyi məlumat yayıb.

Məlumata görə, onlar Suriyada İŞİD-ə qarşı birgə mübarizə məsələsini müzakirə ediblər.

Görüşdə Suriyadakı bütün müxalifət qüvvələrinin təmsilçiləri ilə Bəşşar Əsəd hökuməti arasında 2012-ci il iyunun 30-da Cenevrədə qəbul edilən kommünikenin icrası əsasında dialoqun aparılmasından danışılıb. Həmin sənəddə Suriyada rejimin iştirakı ilə seçki və yeni hakimiyyətin formalaşdırılması məsələləri də öz əksini tapıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin İŞİD-ə qarşı mübarizə aparmaq üçün Suriyadakı Bəşşar Əsəd hökuməti, İraqdakı hakimiyyət, kürdlərə məxsus qüvvələr, habelə bölgədəki dövlətlər də daxil olmaqla geniş tərkibli koalisiyanın qurulmasını təklif edib.

Xatırladaq ki, ötən gün Moskvada səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cübeyir Suriyadakı B.Əsəd hökumətinin yer aldığı koalisiyada təmisl olunmayacaqlarını bildirib. 

Son xəbərlər

Orphus sistemi