Pentaqon Maskın səfərindən sonra poliqrafiya araşdırmasına başlayıb

Pentaqon Maskın səfərindən sonra poliqrafiya araşdırmasına başlayıb Pentaqon amerikalı milyarder və Hökumət Məhsuldarlığı Departamentinin (DOGE) direktoru İlon Maskın səfərindən sonra poliqrafiya testi də daxil olmaqla araşdırmaya başlayıb.
Digər ölkələr
23 mart 2025 00:29
Pentaqon Maskın səfərindən sonra poliqrafiya araşdırmasına başlayıb

Pentaqon amerikalı milyarder və Hökumət Məhsuldarlığı Departamentinin (DOGE) direktoru İlon Maskın səfərindən sonra poliqrafiya testi də daxil olmaqla araşdırmaya başlayıb.

“Report” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mask Müdafiə Nazirliyi rəsmilərinin hərbi idarə ilə qarşılıqlı əlaqəsi haqqında yalan məlumat yaydıqlarına görə məsuliyyətə cəlb olunmasını tələb edir.

Pentaqon rəsmisi Pit Heqsetin baş qərargah rəisi Co Kasper məxfi məlumatların icazəsiz açıqlanması ilə bağlı araşdırma aparmağa çağırıb.

O bildirib ki, təqsirli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunmaq üçün müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.

Qeyd edək ki, Mask xərclərin azaldılması və innovasiyaları müzakirə etmək üçün martın 21-də Pentaqona səfər edib. “The New York Times” Maskın Pentaqonun Çinlə potensial münaqişə planlaşdırması ilə bağlı məxfi brifinqə çıxış əldə etməsi barədə məlumat yaydıqdan sonra mübahisələr qızışıb. Prezident Donald Tramp və müdafiə naziri Pit Heqset bildiriblər ki, Maska yüksəksəviyyəli giriş imkanı vermək planı əvvəldən olmayıb.

Son xəbərlər

Orphus sistemi