Parisin yaxınlığındakı məscid təhqir edilib

Parisin yaxınlığındakı məscid təhqir edilib Fransada naməlum şəxslər Paris yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər.
Digər ölkələr
2 Dekabr , 2020 22:22
Parisin yaxınlığındakı məscid təhqir edilib

Fransada naməlum şəxslər Parisin yaxınlığında yerləşən Breteni-syur-Orj (Eson departamenti) şəhərindəki məscidi təhqir ediblər.

“Report” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) şəhərin meriyasına istinadən məlumat yayıb.

Cinayətkarlar səhər tezdən avtomobillə əraziyə gələrək məscidin qapısını sındırıblar. Onlar məscidin içinə, xüsusən ibadət zalına odsöndürən məhlul töküblər.

Gecə növbəsindən qayıdan sakinlərdən biri onları gördükdə cinayətkarlar qaçaraq gizləniblər. Polis onların istifadə etdiyi avtomobili qonşu kommunada yandırılmış vəziyyətdə aşkarlayıb.

AFP Daxili İşlər Nazirliyinin məlumatına istinadən xatırladıb ki, Fransada 2019-cu ildə müsəlmanlara və onların dini mərkəzlərinə qarşı yönəldilmiş aksiyalar 54 faiz artıb.

Son xəbərlər

Orphus sistemi