Paris polisi "yaşıllar"ın mitinqindəki iğtişaşlardan sonra 300-dən çox adamı saxlayıb

Paris polisi "yaşıllar"ın mitinqindəki iğtişaşlardan sonra 300-dən çox adamı saxlayıb Nümayişlər zamanı polislərə daş, şüşə qab atılıb
Digər ölkələr
30 Noyabr , 2015 12:25
Paris polisi yaşılların mitinqindəki iğtişaşlardan sonra 300-dən çox adamı saxlayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ Fransa paytaxtı Parisdəki Respublika meydanında bazar günü baş verən iğtişaşlardan sonra polis olaylarda iştirak etmiş 317 nəfəri saxlayaraq müvəqqəti nəzarət altına alıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Paris polis prefekturası məlumat verib.

Nümayişlər zamanı çox güman, ətraf mühitin mühafizəsi tərəfdarlarına aidiyyəti olmayan ekstremistlər polislərə daş, şüşə qab atıb, hətta noyabrın 13-də Parisdə baş vermiş terror hücumları zamanı ölənlərin xatirəsinə qoyulmuş güllərin arasındakı yanar şamlardan da istifadə ediblər.

"Bu hərəkətlər terror aktları qurbanlarına hörmət olaraq, ən ciddi cəzaya layiqdir", - daxili işlər naziri Bernar Kaznöv bildirib.

Son xəbərlər

Orphus sistemi