Paris məhkəməsi Makronun keçmiş köməkçisinə verilən hökmü qüvvədə saxlayıb

Paris məhkəməsi Makronun keçmiş köməkçisinə verilən hökmü qüvvədə saxlayıb Paris Kassasiya Məhkəməsi 2018-ci il mayın 1-də nümayişin yatırılmasında iştirakından sonra irəli sürülən bir neçə ittihamla üç il müddətinə azadlıqdan məhrum edilən Fransa prezidentinin keçmiş köməkçisi Aleksandr Benallın şikayətini rədd edib.
Digər ölkələr
26 İyun , 2024 20:35
Paris məhkəməsi Makronun keçmiş köməkçisinə verilən hökmü qüvvədə saxlayıb

Paris Kassasiya Məhkəməsi 2018-ci il mayın 1-də nümayişin yatırılmasında iştirakından sonra irəli sürülən bir neçə ittihamla üç il müddətinə azadlıqdan məhrum edilən Fransa prezidentinin keçmiş köməkçisi Aleksandr Benallın şikayətini rədd edib.

“Report” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Qalmaqaldan 6 il sonra çıxarılan hökm Benallın həbsinə səbəb olmayacaq, çünki o, artıq bir il ev dustaqlığında cəza çəkib, qalan iki ilini apellyasiya məhkəməsi şərti cəza kimi təsnif edib.

Qalan ittihamlar üzrə, o cümlədən diplomatik pasportlardan istifadə, xidməti pasport almaq üçün sənədlərin saxtalaşdırılması və qanunsuz silah saxlamaqda məhkəmə aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Digər əsaslandırılmış ittihamlara etirazçılara qarşı zorakılıq, polisə müdaxilə və özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim etmək daxildir.

Son xəbərlər

Orphus sistemi