Paraqvay Prezidenti koronavirusa yoluxub

Paraqvay Prezidenti koronavirusa yoluxub Paraqvay Prezidenti Mario Abdo Benites koronavirusa yoluxub.
Digər ölkələr
19 Yanvar , 2022 00:18
Paraqvay Prezidenti koronavirusa yoluxub
Mario Abdo Benites

Paraqvay Prezidenti Mario Abdo Benites koronavirusa yoluxub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, dövlət başçısı yüngül simptomlarla mövcud sağlamlıq protokoluna uyğun olaraq özünü təcrid edəcək.

Qeyd edilir ki, dövlət başçısı ölkənin birinci xanımı Silvana Lopezin koronavirus testi müsbət çıxdıqdan sonra özünü təcrid edib. Onların hər ikisi koronavirusa qarşı peyvənd olunub.

Pandemiyanın başlanğıcından bugünədək Paraqvayda koronavirusa yarım milyondan çox yoluxma halı qeydə alınıb, 16 844 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi