Pandemiya dövründə artıq ölüm sayının ən çox olduğu ölkələr açıqlandı

Pandemiya dövründə artıq ölüm sayının ən çox olduğu ölkələr açıqlandı Ötən il OECD üzvü olan dünyanın 29 yüksək gəlirli ölkəsində artıq ölüm sayının dəyişkənliyinə dair tədqiqata görə bunun ən çox ABŞ, İtaliya, Böyük Britaniya, İspaniyada artdığı ortaya çıxıb.
Digər ölkələr
3 İyun , 2021 20:59
Pandemiya dövründə artıq ölüm sayının ən çox olduğu ölkələr açıqlandı

Ötən il OECD üzvü olan dünyanın 29 yüksək gəlirli ölkəsində artıq ölüm sayının dəyişkənliyinə dair tədqiqata görə, bunun ən çox ABŞ, İtaliya, Böyük Britaniya, İspaniyada artdığı ortaya çıxıb.

“Report” xəbər verir ki, Oksford Universitetinin əməkdaşı Ben Leysinin (Ben Lacey) rəhbərliyilə alimlər qrupunun “British Medical Journal”da (BMJ) dərc olunan tədqiqatında sözügedən ölkələrdə artıq ölüm sayının həftəlik, habelə yaş və cinsə görə dəyişkənliyi araşdırılıb.

Aparılan araşdırmalarda həmin ölkələrdə 2020-ci ildəki ölüm sayının orta hesabla əvvəlki illərə nisbətən 1 milyon çox olduğu, bir çox ölkələrdəki COVID-19 virusundan ölüm sayından xeyli çox olduğu üzə çıxıb. İlk dəfə artıq ölüm (ölüm sayının müəyyən bir müddət ərzində başqa dövrlərə nisbətən dəyişməsini əks etdirən statistik göstərici) səviyyəsinin ötən ilin yazında əhəmiyyətli dərəcədə artması diqqət çəkmişdi.

Son xəbərlər

Orphus sistemi