Pakistanlı nazir: Hindistan növbəti 24-36 saatda zərbə endirmək niyyətindədir
Digər ölkələr
- 30 aprel, 2025
- 04:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistan iki ölkə arasında aprelin 22-də Pahalqam şəhərində baş vermiş terror aktından sonra gərginləşən münasibətlər fonunda növbəti 24-36 saat ərzində Pakistan ərazisinə zərbə endirmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Pakistanın İnformasiya və Televiziya-Radio Yayımı naziri Attaulla Tarar “X”dəki səhifəsində yazıb.
“Pakistanın etibarlı kəşfiyyat məlumatları var ki, Hindistan Pahalqam hadisəsindən yalan bəhanə kimi istifadə edərək növbəti 24-36 saat ərzində hərbi zərbə endirmək niyyətindədir. Hər hansı təcavüz aktı qətiyyətli cavabla qarşılaşacaq”, – nazir qeyd edib.
O həmçinin bildirib ki, Nyu-Dehli “region üçün hər hansı mümkün nəticələrə görə məsuliyyət daşıyacaq”.
Son xəbərlər
08:00
Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb
Elm və təhsil
07:48
Meksikada narkokartellər mikromaliyyə təşkilatlarına nəzarəti ələ keçirir
Digər ölkələr
07:11
Kim Çen In: KXDR hegemonluq və ya ekspansiya iddiasında deyil
Digər ölkələr
06:47
Yaponiyada quş qripinə görə 80 min toyuq məhv ediləcək
Digər ölkələr
06:21
Braziliyanın sabiq prezidenti Bolsonaru reanimasiyada qalır
Digər ölkələr
05:42
Mançesterdə reperin konserti gözyaşardıcı qaz səbəbindən yarımçıq dayandırılıb
Digər ölkələr
05:13
İstanbul küçələrində gəzən aslan aşkarlanıb
Region
04:49
Rusiyanın Ukraynaya növbəti hücumunda 6 nəfər ölüb
Digər ölkələr
04:12
"Liverpul" İngiltərə Premyer Liqasında 700 qələbə qazanan üçüncü klub olub
Futbol