Pakistanın keçmiş baş nazirinə və ailə üzvlərinə qarşı yeni ittiham irəli sürülüb

Pakistanın keçmiş baş nazirinə və ailə üzvlərinə qarşı yeni ittiham irəli sürülüb Onların heç biri özlərini təqsirli bilməyib
Digər ölkələr
19 Oktyabr , 2017 15:22
Pakistanın keçmiş baş nazirinə və ailə üzvlərinə qarşı yeni ittiham irəli sürülüb

Bakı. 19 oktyabr. REPORT.AZ/ Pakistan məhkəməsi keçmiş baş nazir Nəvaz Şərifə, onun qızı Məryəm Nəvaza və kürəkəni Məhəmməd Safdara qarşı korrupsiya ittihamı irəli sürüb.

“Report” TASS-a istinadən xəbər verir ki, onların heç biri özlərini təqsirli bilməyib.

Qeyd edək ki, Nəvaz Şərif 3 dəfə (1990-1993, 1997-1999, 2013--2017-ci illərdə) Pakistanın baş naziri olub. Bu ilin iyulun 28-də Pakistanın Ali Məhkəməsi onun barəsində vəzifəsinə uyğun gəlməməsi ilə bağlı qərar qəbul edib. Bundan sonra N.Şərif istefa verib. 

Son xəbərlər

Orphus sistemi