Pakistanda son sutkada daşqınlar nəticəsində 18 nəfər ölüb

Pakistanda son sutkada daşqınlar nəticəsində 18 nəfər ölüb Pakistanda musson yağışlardan sonra yaranan daşıqnlar nəticəsində ötən gün 18 nəfər ölüb.
Digər ölkələr
26 İyul , 2022 09:40
Pakistanda son sutkada daşqınlar nəticəsində 18 nəfər ölüb

Pakistanda son sutkada musson yağışlardan sonra baş verən daşıqnlar nəticəsində 18 nəfər ölüb.

“Report” “Express Tribune” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərə qarşı Mübarizə Milli İdarəsindən bildirilib.

Məlumata görə, Pakistanın Karaçı və Heydərabad şəhərlərinə son sutkada 204 mm yağıntı düşüb.

Təbii fəlakətlə əlaqədar Karaçi şəhərində elektrik enerjisi kəsilib. Bölgə sakinləri içməli su çatışmazlığına, elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçiriblər.

Ölkə paytaxtı İslamabadın bəzi rayonlarında avtomobil yolları bağlanıb. Bəlucistan əyalətində Kvetta-Karaçi şosesində köpünü sel aparıb. Bu səbəbdən yolda hərəkət 10 saat dayandırılıb. Xab çayı daşdığından onlarla kəndin sakinləri təxliyə olunur.

Bildirilib ki, iyunun ortalarından indiyədək təbii fəlakət nəticəsində 312 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi