Pakistandakı terror aktında ölənlərin sayı artıb - YENİLƏNİB

Digər ölkələr
  • 30 iyul, 2023
  • 18:01
Pakistandakı terror aktında ölənlərin sayı artıb - YENİLƏNİB

Pakistanın Xayber-Paxtunxva əyalətində “İslam Alimləri Assambleyası” partiyasının konqresində kamikadzenin törətdiyi partlayışda ölənlərin sayı 44 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti Hayber-Paxtunxva əyalətinin səhiyyə naziri Riaz Ənvara istinadən məlumat yayıb.

Onun sözlərinə terror aktı nəticəsində 100-dən çox şəxs yaralanıb: “Terrorçu səhnənin bilavasitə yaxınlığında özünü partladıb”.

Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.

19:06

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığındakı Bajaur rayonunda keçirilən mitinq zamanı baş verən partlayışda azı 35 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Əl-Cəzirə” kanalı məlumat yayıb.

Polisin məlumatına görə, 100-dən çox adam yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Yaralılardan bəziləri təyyarə ilə Pişəvər şəhər xəstəxanalarına çatdırılıb.

Hücum kamikadzenin köməyi ilə həyata keçirilib. Hələ ki, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.