Pakistanda mitinq zamanı daha bir terror aktı törədilib, 20 nəfər ölüb - YENİLƏNİB

Pakistanda mitinq zamanı daha bir terror aktı törədilib, 20 nəfər ölüb - YENİLƏNİB Bakı. 13 iyul. REPORT.AZ/ Pakistanda mitinq zamanı daha bir terror aktı törədilib.
Digər ölkələr
13 İyul , 2018 17:14
Pakistanda mitinq zamanı daha bir terror aktı törədilib, 20 nəfər ölüb - YENİLƏNİB

Bakı. 13 iyul. REPORT.AZ/ Pakistanda mitinq zamanı daha bir terror aktı törədilib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Bəlucistan əyalətinin Mastunq dairəsində baş verib. 

Partlayış nəticəsində 20 nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında bu yaxınlarda təsis edilən Bəlucistan Avami Partriyasının sədri, deputatlığa namizəd Navabzada Siray Raysani də var. 


*** 12:27

Pakistanda seçkiqabağı mitinq keçirilən ərazidə törədilən partlayış nəticəsində 4 nəfər ölüb, azı 31 nəfər yaralanıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Heybər-Paxtunxva əyalətinin Bannu şəhərində baş verib.

Partlayış “Müttəhid Məclis-e-Amal” Alyansının lideri Ahram Xan Durraninin tərəfdarlarının mitinq keçirdiyi ərazidə olub. O, iyulun 25-də keçiriləcək parlament seçkilərində namizəd olaraq iştirak edir.

Hadisə yerinə 40-dan çox polis əməkdaşı cəlb edilib.

Ahram Xan Durrani bildirib ki, bu ona qarşı 5-ci hücumdur: “Polis mənə hücum təhlükəsi barədə məlumat vermişdi. Bu hücum nəticəsində avtomobilim məhv olub”. 

Son xəbərlər

Orphus sistemi