Pakistanda leysan yağışları 27 nəfərin ölümünə səbəb olub

Digər ölkələr
  • 03 mart, 2024
  • 10:46
Pakistanda leysan yağışları 27 nəfərin ölümünə səbəb olub

Pakistanda leysan yağışlarının yaratdığı torpaq sürüşmələri nəticəsində azı 27 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Hayber-Paxtunxva əyalətinin fəlakətlərin idarə edilməsi şöbəsi feysbuk səhifəsində məlumat yayıb.

“Son dörd gün ərzində əyalətdə yağan yağışların yaratdığı torpaq sürüşmələri nəticəsində 27 nəfər ölüb, 38 nəfər yaralanıb”, - məlumatda deyilir.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində 33 ev dağılıb, daha 129 evə ziyan dəyib.

Hazırda fəlakət bölgəsində xilasetmə işləri davam etdirilir.