Futbol üzrə dünya çempionatında rekord sayda hakim fəaliyyət göstərəcək
Futbol
- 09 aprel, 2026
- 21:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yayda keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarında rekord sayda hakim çalışacaq.
"Report" FIFA-ya istinadən xəbər verir ki, mundialda ümumilikdə 170 hakim fəaliyyət göstərəcək.
Siyahıya 52 baş hakim, 88 köməkçi hakim və altısı qadın olmaqla 30 VAR hakimi daxildir. Bu, dünya çempionatları tarixində ən yüksək say hesab olunur və 2022-ci ildə reallaşan dünya çempionatı turnirində qeydə alınan göstəricidən 41 nəfər çoxdur.
Bundan əlavə, tarixdə ilk dəfə olaraq azarkeşlər hakimlərin üzərində quraşdırılmış kameralar vasitəsilə epizodların təkrarını onların baxış bucağından izləyə biləcəklər.
Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.
Son xəbərlər
11:01
Milli Məclisin iclası başlayıb, Zəfər Günü ilə əlaqədar bəyanat qəbul ediləcək
Milli Məclis
11:00
Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub
Hadisə
11:00
Foto
Video
"Nizami City"də təmirli mənzil təmirsiz qiymətə - Məhdud sayda!
Biznes
10:41
"Araz-Naxçıvan" Azərbaycan çempionatlarının yüksək dəstəsində 40-cı heç-heçəsini edib
Futbol
10:39
DSMF: Oktyabrda 152 min nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb
Maliyyə
10:32
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Region
10:30
"Qarabağ" komandası 11 ildən sonra Premyer Liqada ardıcıl üç oyunda heç-heçə edib
Futbol
10:29
Qazaxıstan Atırau-Samara kəməri ilə neft nəqlini bərpa edib
Energetika
10:27
Azərbaycan neftinin qiyməti 116 dollara düşüb
Energetika