Pakistanda 45 dövlətin iştirakı ilə hərbi təlim başlayıb

Pakistanda 45 dövlətin iştirakı ilə hərbi təlim başlayıb Məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb
Digər ölkələr
141
11 Fevral , 2021 12:11
Pakistanda 45 dövlətin iştirakı ilə hərbi təlim başlayıb

Fevralın 11-də Pakistanda hərbi dəniz qüvvələrinin çoxmilli “Aman-2021” təlimi başlayıb.

“Report” xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

“Aman-2021” fevralın 11-dən 16-dək keçiriləcək. Təlimlərdə ABŞ, Türkiyə, Çin, Rusiya ilə yanaşı, daha 45 ölkə də iştirak edir. “Aman-2021” “Sülh naminə birlikdə!” şüarı altında keçirilir.

Rusiya Hərbi Dəniz Donanmasının “Kalibr” qanadlı raketi ilə silahlanan “Admiral Qriqoroviç” gəmisi təlimlərdə iştirak etmək üçün Pakistandadır. Rusiya son on ildə ilk dəfə olaraq NATO-nun hərbi təliminə qoşulacaq.

Xatırladaq ki, Rusiya sonuncu dəfə 2011-ci il ildə İspaniya sahillərində keçirilən birgə təlimlərdə iştirak edib. Məlumata görə, iştirakçıları Pakistan dəvət edib. Təlimə qatılmaq sərbəstdir.

Son xəbərlər

Orphus sistemi