Yuxarı

​Pakistanda 37 nəfər qasırğanın qurbanı olub

24 saat ərzində ölkənin bir neçə şəhərində qasırğanın davam edəcəyi proqnozlaşdırılır

Bakı. 27 aprel. REPORT.AZ/ Pakistanın şimalında - Xeybər-Paxtunxva əyalətində baş verən qasırğa nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda yerli rəsmilər bildirib.

Məlumata görə, yaralananların sayı 200 nəfərdən çoxdur.

Burada külək saatda 120 km sürətlə əsib.

Malakənd, Peşəvar və Xazar şəhərlərində 24 saat ərzində qasırğanın davam edəcəyi proqnozlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi