Özbəkistanın Baş naziri: "MDB ölkələrində tələbə mübadiləsinin səviyyəsindən məmnunam"

Digər ölkələr
  • 18 dekabr, 2023
  • 11:35
Özbəkistanın Baş naziri: MDB ölkələrində tələbə mübadiləsinin səviyyəsindən məmnunam

Özbəkistan MDB çərçivəsində misli görünməmiş səviyyədə tələbə mübadiləsindən məmnundur.

“Report” xəbər verir ki, bunu Moskvada MDB Hökumət Başçıları Şurasının iclasında Özbəkistanın Baş naziri Abdulla Aripov deyib.

“Birlik çərçivəsində tələbə mübadiləsinin misli görünməmiş səviyyəsindən məmnunuq. Qarşılıqlı fəaliyyət üçün şərait yaratmışıq ki, gənclərimiz bütün MDB ölkələrində təhsil imkanlarından fəal istifadə etsinlər. Məsələn, 60 mindən çox vətəndaşımız Rusiya ali məktəblərində təhsil alır. Eyni zamanda Rusiya ali məktəblərinin Özbəkistandakı 14 filialında oxuyurlar”, - Baş nazir vurğulayıb.

O qeyd edib ki, Özbəkistan təhsil, elm, tələbə və akademik mübadilə sahələrində qarşılıqlı fəaliyyəti davam etdirməyi vacib hesab edir.

Son xəbərlər

Bütün Xəbər Lenti