Özbəkistan Prezidenti Əfqanıstanla dialoqa ehtiyac olduğunu bəyan edib

Özbəkistan Prezidenti Əfqanıstanla dialoqa ehtiyac olduğunu bəyan edib Əfqanıstanda sülhün və sabitliyin əldə edilməsi onun inkişafı üçün yol açacaq, həmçinin regional və beynəlxalq əhəmiyyətli iri iqtisadi və enerji layihələrinin həyata keçirilməsi üçün yeni strateji imkanlar yaradacaq.
Digər ölkələr
4 Dekabr , 2021 19:25
Özbəkistan Prezidenti Əfqanıstanla dialoqa ehtiyac olduğunu bəyan edib
Şavkat Mirziyoyev

Əfqanıstanda sülhün və sabitliyin əldə edilməsi onun inkişafı üçün yol açacaq, həmçinin regional və beynəlxalq əhəmiyyətli iri iqtisadi və enerji layihələrinin həyata keçirilməsi üçün yeni strateji imkanlar yaradacaq.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev “Kazakhstanskaya Pravda” qəzetinə müsahibəsində deyib.

“Əgər əlaqələndirilmiş effektiv tədbirlər görülməsə, Əfqanıstan uzun müddət regional təhlükəsizliyə yeni çağırışlar və təhdidlər mənbəyi olaraq qala bilər", - deyə dövlət başçısı qeyd edib.

Mirziyoyev Avrasiya ilə Cənubi Asiya, Şərqi və Qərbi Asiya arasında təbii quru körpüsü olan Əfqanıstanın trans-regional əlaqələrin təşviqində əhəmiyyətinə diqqət çəkib.

Onun sözlərinə görə, Əfqanıstanın iqtisadi cəhətdən yenidən qurulması burada davamlı və uzunmüddətli sülhün təmin edilməsi üçün əvəzsiz şərtdir.

“Bu baxımdan vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün yeni hakimiyyətlə dialoqu inkişaf etdirmək, əfqan xalqına sosial-iqtisadi və humanitar yardımı davam etdirmək lazımdır. Əfqanıstanda genişmiqyaslı humanitar böhranın, onun beynəlxalq təcrid olunmasının qarşısını almaq son dərəcə vacibdir”, - deyə Özbəkistan lideri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi